Naxçıvanda 4 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb.
Qəza zamanı iki "VAZ-2107", "Raf" və "NAZ-Lifan" markalı avtomobillər toqquşub.
Nəticədə 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.