• Bakı 17° C

    8.53 m/s

  • USD - 1.7

    EUR - 2

    RUB - 2.0518

Peskov Putin-Zelenski görüşünün mümkünlüyündən danışdı

DÜNYA

01 Oktyabr 2025 | 14:40

Peskov Putin-Zelenski görüşünün mümkünlüyündən danışdı

Putinlə Zelenski arasında görüş ancaq ekspertlər səviyyəsində hazırlana bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

    Onun sözlərinə görə, hazırda Moskva ilə Kiyev arasında danışıqlar prosesində fasilə yaranıb.

    “Məhz ekspert səviyyəli danışıqlar prosesi yüksək səviyyəli təmaslara hazırlığa gətirib çıxara bilər. Yüksək səviyyəli təmaslar mürəkkəb məsələnin həllinə kömək edə bilməz. Təəssüf ki, biz hazırda Ukrayna tərəfi ilə belə bir görüşü hazırlaya bilmirik, çünki Kiyev rejimi İstanbul danışıqlar prosesini davam etdirməyə tələsmir, təqdim olunan sənəd layihələrinə ləng cavab verir və üç işçi qrupunun yaradılması təklifinə cavab verməyi ləngidir. Faktiki olaraq vəziyyət belədir”, - Kremlin sözçüsü vurğulayıb.


    SON XƏBƏRLƏR