• Bakı 16° C

    7.98 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Trampa "Nobel" düşmür - Bu halda...

DÜNYA

31 Oktyabr 2025 | 13:11

Trampa Nobel düşmür - Bu halda...

“ABŞ Prezidenti Donald Tramp nüvə sınaqlarını yenidən başlatsa, sülh üzrə Nobel mükafatına layiq olmayacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaponiyanın Naqasaki şəhərinin meri Şiro Suzuki bildirib.

“Tramp ona sülh üzrə Nobel mükafatının verilməsini istəyir. Düşünürəm ki, bu barədə qərarı onun əməllərini təhlil etdikdən sonra vermək lazımdır. Lakin atom bombardmanına məruz qalan şəhərin sakini kimi hesab edirəm ki, əgər nüvə silahlarının sınaqları başlayacaqsa, o, sülh üzrə Nobel mükafatına layiq olmayacaq”, - deyə mer mətbuat konfransında söyləyib.

Qeyd edək ki, daha əvvəl D.Tramp Pentaqona dərhal nüvə silahının sınaqlarına başlamaq əmri verib.

Xatırladaq ki, Yaponiyanın Xirosima və Naqasaki şəhərləri 1945-ci ildə ABŞ tərəfindən nüvə bombardmanına məruz qalıb. Nəticədə Xirosimada təxminən 90-166 min, Naqasakidə isə 60-80 min insan həlak olub.


SON XƏBƏRLƏR