• Bakı 27° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Qazaxıstandan Ukraynaya ÇAĞIRIŞ

DÜNYA

30 Noyabr 2025 | 10:26 | Müəllif: Zeynəb Rzayeva

Qazaxıstandan Ukraynaya ÇAĞIRIŞ

Qazaxıstan Xarici İşlər Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) infrastrukturuna edilən hücuma etiraz edib.

Bakıvaxtı.az xəbər verir ki, müvafiq açıqlamanı Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov yayıb:

"Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyi Novorossiysk dəniz limanının sularında beynəlxalq Xəzər Boru Kəməri Konsorsiumunun vacib infrastrukturuna qarşı daha bir məqsədyönlü hücuma etiraz edir. Bu hadisə, beynəlxalq hüquqla təmin edilən sırf mülki obyektə qarşı üçüncü təcavüz aktıdır. Biz bu hadisəni Qazaxıstan Respublikası ilə Ukrayna arasında ikitərəfli münasibətlərə zərər verən bir hərəkət kimi qiymətləndiririk və Ukrayna tərəfinin gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün təsirli tədbirlər görəcəyini gözləyirik".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026