Yəmən və İran yüksək səviyyəli diplomatlarla Maskatda Yəmən Sülh Yol Xəritəsinin icrasını müzakirə ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tasnim məlumat yayıb.
Görüşdə Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdül Salam və İranın xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi iştirak edib.
Tərəflər Yəməndəki son siyasi hadisələri və milli birlik məsələlərini müzakirə edib, İranın dəstəyinə görə minnətdarlığını bildiriblər.
Görüşdə həmçinin Yəmənin sionist rejimin təcavüzünə qarşı davamlı müqaviməti və yol xəritəsinin icrası planları müzakirə olunub.
Əli Hüseynov
 Bakı
 Bakı 


