Slovakiyanın baş naziri Robert Fiko Ukraynaya hərbi dəstək məsələsində ölkəsinin mövqeyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, baş nazir Slovakiyanın Ukraynanın qarşıdakı iki il ərzində hərbi xərclərinin maliyyələşdirilməsinə heç bir şəkildə töhfə verməyəcəyini bildirib.
O, Avropanın ABŞ-dən silah alaraq Ukraynaya hədiyyə etməsini “gülünc” adlandırıb və vurğulayıb ki, Slovakiya heç kimə pulsuz silah və sursat verməyəcək.
Baş nazir həmçinin Avropa İttifaqının 2026–2027-ci illər üçün Ukraynanın hərbi ehtiyaclarını qarşılamaq planına qarşı çıxıb və bu istiqamətdə heç bir zəmanət sənədinə imza atmayacağını deyib.
Fiko ABŞ Prezidenti Donald Trampın bu məsələdə sərgilədiyi praqmatik yanaşmanı da dəstəklədiyini qeyd edib. Onun sözlərinə görə, Avropa uzun müddətdir Amerikanın hərbi varlığına güvənərək rahat yaşayır, lakin ABŞ artıq bu varlığı başqa bölgələrdə daha vacib hesab edir.
Aynur
 Bakı
 Bakı 


