• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qırğızıstanda növbədənkənar parlament seçkiləri başlayıb

DÜNYA

30 Noyabr 2025 | 09:50 | Müəllif: Zeynəb Rzayeva

Qırğızıstanda növbədənkənar parlament seçkiləri başlayıb

Bu gün Qırğızıstanda Joqorku Keneşa (parlament) deputatlarının erkən seçkilərində yerli vaxtla səhər saat 8:00-da seçki məntəqələri açılıb.

Bakıvaxtı.az xəbər verir ki, səsvermə 25 sentyabrda özünü buraxmaq qərarına gələn əvvəlki parlament çağırışının qərarından sonra keçirilir. Bu addım parlament kampaniyasını 2027-ci ilin yanvar ayında keçirilməsi planlaşdırılan qarşıdan gələn prezident seçkilərindən ayırmaq zərurəti ilə izah edilib.

Ölkədə ümumilikdə 2492 seçki məntəqəsi açılıb, onlardan 100-ü xaricdə, 40-ı isə Rusiya Federasiyasındadır. Biometrik qeydiyyatdan keçmiş 18 yaş və yuxarı Qırğızıstan vətəndaşları səs vermək hüququna malikdirlər. Seçici siyahılarına 4 294 243 nəfər daxil edilib.

Seçki günü asayişi təmin etmək və qanun pozuntularının qarşısını almaq üçün 10 mindən çox hüquq-mühafizə orqanı əməkdaşı iş başındadır. Səsvermə saat 20:00-a qədər davam edəcək. İlkin nəticələrin səsvermə məntəqələri bağlandıqdan dərhal sonra açıqlanması gözlənilir və yekun nəticələrin 14 dekabr tarixinə qədər hesablanıb rəsmi olaraq elan edilməsiplanlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026