Rusiyalı milyarderlərin sərvəti ilin əvvəlindən 19,7 milyard dollar artıb.
Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index"dən bəlli olur.
Siyahıya 20 rusiyalı iş adamı daxil edilib, onların ümumi sərvəti 305,3 milyard dollar məbləğində qiymətləndirilir (indeksdə ümumilikdə 500 sahibkar yer alır).
Kapital artımı üzrə lider "Telegram" messencerinin qurucusu Pavel Durov olub (170-ci pillə). Onun sərvəti ilin əvvəlindən 4,82 milyard dollar artaraq 15,8 milyard dollara çatıb.
Ən varlı rusiyalıların beşliyinə daxildir: "Nornikel"in əsas sahiblərindən biri Vladimir Potanin - 29,3 milyard dollar (ilin əvvəlindən + 1,42 milyard dollar); "Severstal"ın qurucusu Aleksey Mordaşov - 26,6 milyard dollar (+ 3,41 milyard dollar); "LUKOYL"un ortaq sahibi Vahid Ələkbərov - 25,2 milyard dollar (– 147 milyon dollar, 94-cü yeri tutur); "Novatek"in həmsahibi Leonid Mixelson - 24,9 milyard dollar (+ 2,54 milyard dollar); "Novolipetsk Metallurgiya Kombinatı"nın (NLMK) Direktorlar Şurasının sədri Vladimir Lisin - 22,7 milyard dollar (– 3,17 milyard dollar).