• Bakı 27° C

    11.37 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.1156

Si Cinpin: Çin azad ticarəti dəstəkləyəcək 

İQTİSADİYYAT

31 Oktyabr 2025 | 11:34

Si Cinpin: Çin azad ticarəti dəstəkləyəcək 

Çin azad ticarəti dəstəkləmək və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) ölkələri ilə fasiləsiz təchizat zəncirlərini təmin etmək niyyətindədir. 

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə APEC Liderlərinin 32-ci Görüşündə çıxış edərkən Çin prezidenti Si Cinpin bildirib.

O, Çinin Asiya-Sakit okean regionunun və dünyanın inkişafı üçün davamlı olaraq yeni imkanlar yaradacağını bildirib:

"Biz çoxtərəfli ticarət sistemini birgə qorumalı, əsl çoxtərəfliliyi həyata keçirməli, çoxtərəfli sistemin nüfuzunu və effektivliyini gücləndirməliyik. Ümumdünya Ticarət Təşkilatı əsas rol oynayır. Biz istehsal və təchizat zəncirlərinin sabitliyini və davamlılığını təmin etmək üçün birlikdə işləməliyik".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR