Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin (kollec) boş qalan plan yerlərinə əlavə yerləşdirmə nəticəsində qəbul olunanlar üçün qeydiyyat prosesinə 2 oktyabr saat 11:00-da start veriləcək.
Bu barədə Bakıvaxtı.az-a Elm və Təshil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, namizədlər https://portal.edu.az/ üzərindən "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər.
Elektron sistem üzrə qeydiyyat 9 oktyabr saat 18:00-da yekunlaşacaq.
Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.