• Bakı 16° C

    7.98 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Müəllim pulunu şagirdin cibində axtarırmış - TƏFƏRRÜAT

CƏMİYYƏT

31 Oktyabr 2025 | 14:25

Müəllim pulunu şagirdin cibində axtarırmış - TƏFƏRRÜAT

Salyanda məktəblərin birində pulu itən müəllimin şagirdin çantasını yoxlaması barədə məlumat yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi açıqlama yayıb.

Bildirilib ki, xoşagəlməz hadisə Salyan şəhər Əliağa Kürçaylı adına 7 nömrəli Texniki və təbiət fənləri təmayüllü liseydə kimya müəllimi ilə 10-cu sinif şagirdi arasında baş verib.

Qeyd edilib ki, müəllim çantasında olan pul vəsaitinin şagird tərəfindən götürüldüyünü ehtimal edərək onun pulqabısını yoxlayıb. Bundan xəbər tutan valideyn məktəbə gələrək etirazını bildirib.

Bundan sonra təhsil müəssisəsinin rəhbərliyi tərəflərlə söhbət aparıb, bu cür halların birgə müzakirələrlə aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb.

“Təhsilverənlərin etik davranış qaydaları”nı pozduğuna, dərs prosesində buraxdığı nöqsana görə məktəbin Pedaqoji Şurasının 28.10.2025-ci il tarixində keçirilən iclasının qərarı əsasında müəllim barəsində intizam tənbeh tədbiri görülüb.


SON XƏBƏRLƏR