• Bakı 16° C

    7.39 m/s

  • USD - 1.7

    EUR - 2

    RUB - 2.0518

Naxçıvanda yanğın olub - 583 abonent qazsız qalıb

HADİSƏ

01 Oktyabr 2025 | 16:38

Naxçıvanda yanğın olub - 583 abonent qazsız qalıb

Naxçıvan şəhəri Tumbul kəndində həyətyanı sahədə baş vermiş yanğın nəticəsində aşağı təzyiqli yerüstü və yeraltı polietilen qaz kəməri zədələnib.

Bakıvaxtı.az xəbər verir ki, hadisədən dərhal sonra təhlükəsizlik səbəbilə ərazidə 583 abonentin qaz təchizatı dayandırılıb.

Bərpa işlərinin qısa müddətdə yekunlaşdırılması planlaşdırılır və tamamlandıqdan sonra sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.

Hadisə nəticəsində xəsarət alan olmayıb.


SON XƏBƏRLƏR