İtaliya Prezidenti Sercio Mattarella təyyarə qəzası nəticəsində iki pilotun ölümü ilə əlaqədar başsağlığı verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İtaliya mediası xəbər verir.
"Dərin narahatlıq və həyəcan hissi ilə təlim uçuşu zamanı iki italyan hərbçinin həlak olduğu faciəvi qəza xəbərini aldım", - o bildirib.
Qeyd edək ki, hadisə təlim uçuşu zamanı baş verib. Hərbi Hava Qüvvələrinin T-260B təyyarəsi Latina əyalətindəki Çirçeo milli parkında qəzaya uğrayıb. Nəticədə bir pilot və bir kursant ölüb.