Bu gündən etibarən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni regional prezidenti Ciovanni Kristofoli vəzifəsinin icrasına başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-a "BP-Azerbaijan" şirkətindən məlumat verilib.
Bildirilib ki, Ciovanni Kristofoli BP-də 24 illik təcrübəyə malikdir və bu müddət ərzində texniki həllər, əməliyyatlar və iri layihələr sahəsində bir sıra rəhbər vəzifələrdə çalışıb. O, BP-nin Bakı ofisində fəaliyyət göstərəcək və regionda təhlükəsiz və səmərəli enerji təminatına olan öhdəliyimizi davam etdirəcək.
Qeyd edək ki, son 8 ildə şirkətin regiondakı biznesinə Qari Counz rəhbərlik edib. Onun rəhbərliyi dövründə BP regionda bir sıra mühüm uğurlara imza atıb və şirkət tərəfdaşlıqlarını daha da gücləndirib.