• Bakı 16° C

    7.39 m/s

  • USD - 1.7

    EUR - 2

    RUB - 2.0518

Elm və Təhsil Nazirliyinə 41 mindən çox müraciət daxil olub

CƏMİYYƏT

01 Oktyabr 2025 | 17:18

Elm və Təhsil Nazirliyinə 41 mindən çox müraciət daxil olub

Sentyabrın 16-dan 30-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 41 811 vətəndaş müraciəti daxil olub.

Bu barədə Bakıvaxtı.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

    Müraciətlərin 26 523-ü çağrı mərkəzləri, 7 174-ü elektron, 1 644-ü isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 6 470 müraciət qeydə alınıb.

    Müraciətlər müəllimlərin iş yerinin dəyişdirilməsi, təhsil tələbə krediti, şagird yerdəyişməsi, xarici diplomların tanınması, məktəbəhazırlıq qrupları, məktəbəqədər təhsil və digər məsələlərlə bağlı olub.


    SON XƏBƏRLƏR