• Bakı 17° C

    8.53 m/s

  • USD - 1.7

    EUR - 2

    RUB - 2.0518

III MDB Oyunları: Azərbaycanın U-16 millisi finalda

İDMAN

01 Oktyabr 2025 | 13:58

III MDB Oyunları: Azərbaycanın U-16 millisi finalda

Azərbaycanın 16 yaşadək futbolçualardan ibarət millisi III MDB Oyunlarında finala yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Qırğızıstan millisi ilə üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda baş tutan görüş Azərbaycan millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Tunar Bayramov (53-cü dəqiqədə), Əli Bəşirov (70 və 75-ci dəqiqələr) və Roman Fərzəli (79-cu dəqiqə) rəqib qapısından keçiriblər.

U-16 finalda Rusiya və Özbəkistan arasında keçiriləcək matçın qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, futbol yarışlarına oktyabrın 4-də yekun vurulacaq.


SON XƏBƏRLƏR