Madridin “Real” klubu Avropa Super Liqasının təşəbbüskar şirkəti olan “A22 Sports Management” ilə birlikdə UEFA-ya qarşı məhkəmə iddiası qaldırmağa hazırlaşır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.
Bildirilib ki, “Real Madrid” və “A22” təşkilatı UEFA-nı 4,5 milyard avro məbləğində vurulmuş zərərin ödənilməsini tələb etməklə məhkəməyə verməyə hazırlaşır.
Məlumata görə, Madridin əyalət məhkəməsi daha əvvəl UEFA-nın Super Liqanın başlanması ilə bağlı təqdim etdiyi şikayəti rədd edib. Bunun ardından layihənin təşəbbüskarlarına UEFA-ya qarşı hüquqi iddia qaldırmaq və vurulan ziyanın əvəzini tələb etmək hüququ verilib.
“Real Madrid” və “A22 Sports Management” şirkətinin hüquqşünasları hazırda iddia sənədləri üzərində işləyirlər.
Xatırladaq ki, 2024-cü ilin mayında Madrid Arbitraj Məhkəməsi Super Liqa təşkilatçılarının iddiasını qismən təmin edərək UEFA və FIFA-nın “rəqabət əleyhinə davranışlarını dayandırmaq və gələcəkdə bu hərəkətlərin təkrarlanmasının qarşısını almaq” barədə qərar qəbul etmişdi. Məhkəmə həmçinin bu təşkilatları həmin hərəkətlərin nəticələrini dərhal aradan qaldırmağa məcbur etmişdi.
Bakı 


