• Bakı 18° C

    8.64 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

"Qarabağ" bu gün Premyer Liqada növbəti oyununu keçirəcək

İDMAN

31 Oktyabr 2025 | 09:04

Qarabağ bu gün Premyer Liqada növbəti oyununu keçirəcək

"Qarabağ" klubu bu gün Misli Premyer Liqasında növbəti oyununu keçirəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda X turda "İmişli" ilə üz-üzə gələcək.

Qarşılaşma "Azərsun Arena"da, saat 17:00-da start götürəcək.

Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 17 xalla ikinci pillədə qərarlaşıb. "İmişli" 12 xalla yeddincidir.

Qeyd edək ki, X tura noyabrın 2-də yekun vurulacaq.


SON XƏBƏRLƏR

30 Oktyabr 2025