• Bakı 16° C

    7.39 m/s

  • USD - 1.7

    EUR - 2

    RUB - 2.0518

MN-dəki 6 milyonluq yeyintiyə görə zabitə AĞIR CƏZA

CƏMİYYƏT

01 Oktyabr 2025 | 18:36

MN-dəki 6 milyonluq yeyintiyə görə zabitə AĞIR CƏZA

Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda yeyinti ittihamı ilə mühakimə edilən Namiq Mirzəyevin məhkəməsi başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Məhkəmə “N” saylı korpusun Maliyyə xidmət rəisi vəzifəsində xidmət etmiş müttəhimi 6 milyonluq mənimsəmədə təqsirli hesab edib.

O, bu ziyandan 343 min 810 manatını dövlət bürcəsinə ödəyib.

Hökmə əsasən Namiq Mirzəyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət işi Dövlət Təhlükəsizlyi Xidməti (DTX) tərəfindən istintaq olunub./“Qafqazinfo”


SON XƏBƏRLƏR