• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Sabah" klubu 11700 manat cərimələndi

İDMAN

01 Oktyabr 2025 | 14:11

"Sabah" klubu 11700 manat cərimələndi

AFFA İntizam Komitəsi "Sabah" klubunu 11700 manat cərimələyib.

Bakıvaxtı.az xəbər verir ki, buna Misli Premyer Liqasının VI turunda "Sumqayıt"la matçda yaşananlara səbəb olub.

Oyununun gedişində işıq söndüyünə görə matç 20 dəqiqə gecikdiyi üçün "Sabah" klubu 1000 manat cərimə olunub.

Bakı klubu dörd futbolçu sarı vərəqə aldığından əlavə 700 manat ödəməli olacaq.

90+4-cü dəqiqədə "Sabah"ın məşqçisi Castinas Qasiunas hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klub 10000 manat ziyana düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026