• Bakı 26° C

    14.98 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

Patrik Vieyra komandadan göndərilə bilər

İDMAN

31 Oktyabr 2025 | 14:04

Patrik Vieyra komandadan göndərilə bilər

İtaliyanın "Cenoa" klubunun baş məşqçisi Patrik Vieyra və idman direktoru Marko Ottolini vəzifələrindən azad oluna bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Klub A Seriyasında mövsümə tarixinin ən pis başlanğıcından sonra yeni idman direktoru tapmaq niyyətindədir. Həmin şəxs isə fransalı mütəxəssisin taleyi ilə bağlı qərar verəcək.

Ottolinin yerinə əsas namizəd ispaniyalı Dieqo Lopes hesab edilir.

Qeyd edək ki, "Cenoa" A Seriyasında 9 oyundan sonra 3 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Avqust 2026