• Bakı 17° C

    8.53 m/s

  • USD - 1.7

    EUR - 2

    RUB - 2.0518

Ermənistanda da, xaricdə də anti-Paşinyan qüvvələri kifayət qədər güclüdür

SİYASƏT

01 Oktyabr 2025 | 13:53

Ermənistanda da, xaricdə də anti-Paşinyan qüvvələri kifayət qədər güclüdür

“Ermənilərin Qarabağa (Azərbaycanın bölgəsi - red.) qayıdışı real deyil”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan AŞPA-da çıxışı zamanı deyib. O qeyd edib ki, insanlar onların Qarabağa qayıtmasının nə dərəcədə real olduğunu soruşurlar:

"Düzünü desəm, bunun real olduğunu düşünmürəm. Həmçinin bu məsələni sülh prosesi üçün təhlükəli hesab edirəm".

Paşinyan əlavə edib ki, Qarabağdan gələnlər Ermənistanda qalmalıdırlar, artıq onların mənzillərlə təmin edilməsi proqramına başlanılıb. Maraqlıdır ki, hətta Ermənistan hökumətinin belə artıq qapatdığı səhifəni kimlərsə, hansısa məqsədlərlə açmağa çalışır.

Siyasi şərhçi Abutalıb Səmədov Bakıvaxtı.az-a deyib ki, Nikol Paşinyanın təxribatçı suala bu cür cavabı onun Ermənistanın ən realist siyasətçisi olduğunu göstərir.

Ekspert bildirib ki, Paşinyanın bütün addımları Ermənistan dövlətinin maraqlarına xidmət edir:

"Paşinyan bölgədə sülhün, sabitliyin olmasında maraqlıdır. Bu səbəbdən Paşinyanın 2026-cı ildə keçiriləcək parlament seçkisində qələbəsi vacibdir. Ancaq həm Ermənistan daxilində, həm də xaricdə anti-Paşinyan qüvvələri kifayət qədər güclüdür. Onların fəaliyyət istiqamətlərindən biri müxtəlif tribunalarda Qarabağdan könüllü getmiş ermənilərin yenidən kollektiv şəkildə Azərbaycana qayıtması məsələsini qaldırmaqdır. Çünki bu məsələ Paşinyanın zəif yerlərindən biri hesab olunur. Ermənilərin böyük əksəriyyəti inanır ki, Qarabağdan ermənilərin getməsinin əsas günahkarı Paşinyandır. Baş nazirin rəqibləri bu məsələni daim gündəmdə saxlamağa çalışır. Xüsusən, erməni lobbisi məsələnin gündəmdən düşməsinə imkan vermir".

Abutalıb Səmədov: Paşinyan bölgədə sülhün, sabitliyin olmasında maraqlıdır

Analitik qeyd edib ki, Qarabağdakı erməniləri separatçılığa sövq edənlərin başında Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan dayanırdı:

"Onlar fəal şəkildə separatçılıq hərəkatında iştirak edir, ona rəhbərlik edirdilər. "Daşnaksütyun" partiyası kifayət qədər aktiv idi. Fransadakı erməni lobbisi fəallıq göstərirdi. Təbii ki, əsasən də Rusiya ermənilərin Qarabağa kollektiv qayıdışında maraqlıdır. Ona görə də mütəmadi bu məsələdən danışır, Paşinyana suallar ünvanlayırlar. Seçki öncəsi Ermənistandakı müxalifətin əsas şüarlarından biri də məzh budur”.

Müsahibimiz qeyd edib ki, qarşıda ciddi mübarizə gözlənilir. Onun sözlərinə görə, Paşinyan isə ermənilərin Qarabağa qayıdışını real hesab etmir, üstəlik, bunu sülh üçün təhlükəli sayır:

“Bunun səmimi olduğunu düşünürəm və hesab edirəm ki, ermənilərin əksəriyyəti də Paşinyan kimi düşünür".

Aydın Baxış


SON XƏBƏRLƏR

30 Sentyabr 2025