Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq tapşırığına əsasən, noyabrın 8-də Bakı şəhərində Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək.
Bakıvaxtı.az mənbəyə istinadla xəbər ki, parad heyətlərinin başçılığını Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev edəcək.
Qeyd edək ki, general-polkovnik K.Vəliyev 2020-ci ildə keçirilmiş "Zəfər paradı"nın, həmçinin 2023-cü ildə Xankəndidə keçirilmiş paradın rəhbəri olub.
Əli Hüseynov
 Bakı
 Bakı 



