Vətən müharibəsində qazanılan Zəfərin 5-ci ildönümünə həsr olunmuş “Yubiley paradı” keçiriləcək.
Bakıvaxtı.az-ın məlumatına görə, parad noyabrın 8-də saat 11:00-da Bakıdakı Azadlıq meydanında baş tutacaq.
Hazırda Müdafiə Nazirliyinin tabeçiliyindəki hərbi hissə və bölmələrdə xidmət edən bir qrup hərbi qulluqçunun paradda iştirakı üçün hazırlıq prosesi davam edir.
Qeyd edək ki, parad heyətində Zəfərimizin qazanılmasında xüsusi rolu olan döyüş hissə və bölmələri ilə yanaşı, Türkiyə və Pakistandan gəlməsi planlaşdırılan hərbi qulluqçular da yer alacaq.
Bundan əlavə, keçid zamanı ordumuzun yeni silah və texnikalarının nümayiş etdiriləcəyi gözlənilir.
İddiaya görə, paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı da nəzərdə tutulur.
Bildirək ki, bu il ikinci dəfə olaraq Naxçıvan Muxtar Respublikasında yerləşən Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının paradda iştirakı da nəzərdə tutulub.
Əli Hüseynov