• Bakı 17° C

    7.94 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Zəngəzur dəhlizi: Azərbaycanın yeni güc mərhələsi

SİYASƏT

31 Oktyabr 2025 | 10:02

Zəngəzur dəhlizi: Azərbaycanın yeni güc mərhələsi

Azərbaycan bu gün regionda və Avrasiyada sabitliyin əsas dayaqlarından biridir. Artıq istənilən beynəlxalq iqtisadi və siyasi layihədə Azərbaycanın iştirakı mühüm əhəmiyyət daşıyır. Bu gücün mənbəyi Prezident İlham Əliyevin uzaqgörən, müstəqil və milli maraqlara əsaslanan siyasətidir.

Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın yalnız torpaqlarını deyil, həm də geosiyasi təsir dairəsini bərpa etdi. Bu gün Azərbaycan sülhü yaradan və regionun yeni reallıqlarını müəyyən edən tərəfdir. Qalib ölkə kimi Bakı artıq həm diplomatik, həm də iqtisadi qərarların mərkəzinə çevrilib.

Bu reallığın ən mühüm tərkib hissəsi Zəngəzur dəhlizidir. Dəhliz təkcə nəqliyyat xətti deyil, həm də Azərbaycanın qlobal strategiyasının simvoludur. O, Şərqlə Qərbi birləşdirir, region ölkələri arasında əməkdaşlığı dərinləşdirir və Azərbaycanı tranzit ölkədən qərarverici mərkəzə çevirir.

Zəngəzur dəhlizinin açılması həm türk dünyasının inteqrasiyasını gücləndirəcək, həm də Avrasiya ticarət sistemində yeni nizam yaradacaq. Bakı bu prosesin təşəbbüskarı və icraçısıdır. Bu fakt göstərir ki, Azərbaycan artıq yalnız regionda deyil, beynəlxalq miqyasda da oyun qaydalarını müəyyən edən güc mərkəzinə çevrilib.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR