• Bakı 16° C

    7.98 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Paşinyan sülh bayrağı ilə parlament seçkilərinə gedir - AÇIQLAMA

SİYASƏT

31 Oktyabr 2025 | 12:26

Paşinyan sülh bayrağı ilə parlament seçkilərinə gedir - AÇIQLAMA

"Erməni diasporu Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasının birmənalı əleyhinədir. Hər cür vəchlə çalışırlar ki, sülh prosesinə əngəl olsunlar. Eyni zamanda Zəngəzur dəhlizinin açılmamasına nail olmaq istəyirlər".

Bu barədə politoloq Natiq Miri Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert vurğulayıb ki, erməni diasporu, revanşistlər sülh yolunda süni əngəllər yaratmağa çalışırlar.

Onun sözlərinə görə, Ermənistan cəmiyyəti isə sülh məsələsində maraqlıdır:

“Sülhün bərqərar olması erməni analarının övladlarının ölməməsi anlamına gəlir. Bu, ictimai rəydə birmənalı olaraq qəbul edilir. İrəvanda aparılan sosioloji sorğular da göstərir ki, erməni xalqının əksəriyyəti sülhdən yanadır. Ermənistan ictimaiyyəti bu istəyini 2021-ci ildə məğlub Baş komandan Nikol Paşinyana yenidən etimad göstərməklə, növbədənkənar seçkilərdə ona səs verməklə ortaya qoyub. Paşinyana ona görə növbəti mandat verildi ki, baş nazir xalqa sülh vəd etmişdi”.

Natiq Miri: Ermənistan cəmiyyəti isə sülh məsələsində maraqlıdır

Müsahibimiz qeyd edib ki, bu gün Azərbaycan-Ermənistan arasında sülh mühiti sadəcə kağız üzərində, sözdə deyil. Artıq bu istiqamətdə çox ciddi, praktiki addımlar atılır:

“Azərbaycan Ermənistana yüklərin daşınması ilə bağlı məhdudiyyəti aradan qaldırdı. Ermənistan özü artıq tranzit ölkəyə çevrilməkdədir. Orta Dəhlizin Zəngəzurdan keçən qolu açıldığı təqdirdə Ermənistanın geosiyasi və geostrateji əhəmiyyəti artacaq. Bu, ticarət-nəqliyyat arteriyalarından birinə çevriləcək”.

Politoloq vurğulayıb ki, bunlar sülhün birmənalı göstəricisidir. Paşinyan özündən əmin olduğuna görə sülhlə bağlı bəyanatlar verir, "sülhün artıq əldə olunduğunu" deyir.

Analitik qeyd edib ki, 2026-cı ildə erməni xalqı "sülh, ya müharibə" sualına cavab verəcək, öz seçimlərini edəcəklər:

"Paşinyan sülh bayrağı ilə parlament seçkilərinə gedir. Bunun alternativi müharibədir. Müharibə istəyənlər də Rusiyanın dəstəklədiyi revanşist qüvvələrdir. Kilsə də daxil olmaq şərti ilə "Qarabağ klanı", Moskvada fəaliyyət göstərən və kriminal böyük maliyyələr qazanan milyarderlər, o cümlədən həbsdə olan Samvel Karapetyan parlament seçkiləri üçün səfərbər edilib. Rusiya Moldovada uğradığı məğlubiyyəti Ermənistanda kompensasiya etmək niyyətindədir".

Aydın Baxış


SON XƏBƏRLƏR