Əfqanıstanda 48 saat sonra mobil operatorların və internetin işi qismən bərpa olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Məlumata görə, oktyabrın 1-də mobil rabitə və internetin fəaliyyəti ölkənin müxtəlif bölgələrində, o cümlədən Kabil, Qəndəhar, Qəzni və Herat vilayətlərində bərpa edilib.
"Taliban" hökuməti isə hələ ki, telekommunikasiyaların genişmiqyaslı kəsilməsinin səbəblərini şərh etməyib.