• Bakı 16° C

    6.63 m/s

  • USD - 1.7

    EUR - 2

    RUB - 2.0518

Köhnə foto və videoların saxlanması üçün “Snapchat”da YENİLİK

MULTİMEDİA

01 Oktyabr 2025 | 20:42

Köhnə foto və videoların saxlanması üçün “Snapchat”da YENİLİK

Məşhur mesajlaşma tətbiqi “Snapchat” istifadəçilərin köhnə foto və videolarını saxlamaq üçün ödəniş tələb edəcəyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu qərar illər ərzində böyük arxiv yaradan istifadəçilərin narazılığına səbəb olub. 2016-cı ildən tətbiqdə mövcud olan “Memories” funksiyası istifadəçilərə əvvəl paylaşdıqları məzmunu saxlamağa imkan verir. Lakin yeni dəyişikliklərə əsasən, 5 gigabaytdan (GB) artıq yaddaşa malik olan istifadəçilər arxivlərini qorumaq üçün ödəniş etməli olacaqlar

Şirkətin bildirdiyinə görə, istifadəçilərə əvvəlcə 100 GB-lıq yaddaş planı təklif ediləcək, daha yüksək həcmli yaddaş isə “Snapchat+” və “Snapchat Premium” abunəçilərinə ödəniş qarşılığında təqdim olunacaq. Şirkət dəyişikliklərin qiyməti barədə məlumat verməsə də, bunun qlobal miqyasda mərhələli şəkildə tətbiq olunacağını bildirib.

Qeyd edək ki, son on il ərzində istifadəçilər tərəfindən 1 trilyondan çox “xatirə” saxlanılıb.


SON XƏBƏRLƏR