• Bakı 18° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.0981

"Hökumət buludu” yeni tikilən Data Mərkəzlərə köçürüləcək

MULTİMEDİA

14 Oktyabr 2025 | 12:19

Hökumət buludu” yeni tikilən Data Mərkəzlərə köçürüləcək

"Hökumət buludu” (G-cloud) yeni tikilən iki Data Mərkəzə köçürüləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "APA-Economics" məlumat əldə edib.

    Belə ki, “AzInTelecom” MMC artan rəqəmsallaşma tələblərinə uyğun olaraq bu ildən etibarən iki yeni data mərkəzinin tikintisinə başlayıb. Abşeronda yerləşən data mərkəzin 2027-ci ildə, Hacıqabulda yerləşəcək daha mərkəzdə isə işlərin 2029-cu ildə yekunlaşdırılması planlaşdırılıb. Bu data mərkəzlərin fəaliyyətə başlamasından sonra "Hökumət buludu”nun bu mərkəzlərə köçürülməsi gözlənilir. Regionda ən böyük data mərkəzlərinə çevriləcək hər iki data mərkəz həmçinin, Milli Data Mərkəz olacaq.


    SON XƏBƏRLƏR