• Bakı 17° C

    8.53 m/s

  • USD - 1.7

    EUR - 2

    RUB - 2.0518

2 vəkilə irad bildirilib, 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb

CƏMİYYƏT

01 Oktyabr 2025 | 14:16

2 vəkilə irad bildirilib, 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb

Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə Bakıvaxtı.az-a kollegiyadan məlumat verilib.

Bildirilib ki, uclası açan VK-nın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Sonra Rəyasət Heyətinin üzvləri VK-nın sabiq sədr müavini, uzun illərdir vəkillik fəaliyyəti ilə məşğul olan Fərhad Nəcəfovu 75 illik yubileyi münasibətilə təbrik ediblər. Onun vəkilliyin inkişafında göstərdiyi xidmətləri yüksək qiymətləndirilib, zəngin peşə təcrübəsi və vəkilliyə verdiyi töhfələr xüsusi qeyd olunub. Fərhad Nəcəfova uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulanıb.

Bundan başqa, iclasda vəkillik fəaliyyətinə xitam verilməsi, bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunması, maddi yardım göstərilməsi və mövcud borcların silinməsi ilə bağlı müraciətlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Eyni zamanda bir neçə vəkilin vəkil kabineti yaratmaq barədə müraciətləri də müsbət qiymətləndirilib və qanunvericiliyə uyğun olaraq təsdiqlənib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəyləri müzakirə olunub. Rəyasət Heyətinin qərarı ilə yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti dayandırılaraq onların VK üzvlüyündən xaric edilməsi üçün məhkəməyə müraciət olunmasına qərar verilib. Həmçinin 2 vəkilə irad bildirilib, 1 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə töhmət verilib və 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul edilib.


SON XƏBƏRLƏR