Qazaxıstanın Almatı vilayətində iki atom elektrik stansiyası (AES) tikiləcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Atom Enerjisi üzrə Agentliyinin sədri Almasadam Satkaliyev bildirib.
Məlumata görə, hökumət hazırda stansiyalar üçün yerlərin seçimini yekunlaşdırır.
Qeyd olunub ki, onlardan biri Jambil rayonunda yerləşəcək:
“İkinci stansiya da ölkənin cənubunda olacaq, çünki orada çatışmazlıq var”.
Onun sözlərinə görə, hazırda potensial təchizatçılar və tender iştirakçıları ilə danışıqlar aparılır.
Mina Mikayılova