• Bakı 18° C

    13.36 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.0497

Goranboyda hərbi texnikanı daşıyan yük maşını qəzaya DÜŞDÜ

HADİSƏ

30 Sentyabr 2025 | 20:40

Goranboyda hərbi texnikanı daşıyan yük maşını qəzaya DÜŞDÜ

Goranboyda qəzaya düşən yük maşını yanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan qoşulu yük maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir işıq dirəyinə  çırpılıb. Qəzadan sonra anidən yük maşınında yanğın başlayıb. Dərhal əraziyə FHN yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.

Yük avtomobili söndürülüb,avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Qəza nəticəsində yük avtomobilinə və yol təsərrüfatına ziyan dəyib.Hadisə yerinə DYP  cəlb edilib.Yolda hərəkət polis əməkdaşları tərəfindən tam bərpa edilib.

Qeyd edək ki yük maşının yük yerinə Azərbaycan Ordusuna məxsus texnika olub.

Faktla bağlı araşdırma aparılır./Unikal


SON XƏBƏRLƏR