• Bakı 17° C

    10.55 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.0497

Sentyabrda 3 nəfər zəhərlənmədən ÖLÜB - RƏSMİ

HADİSƏ

01 Oktyabr 2025 | 09:27

Sentyabrda 3 nəfər zəhərlənmədən ÖLÜB - RƏSMİ

2025-ci ilin sentyabr ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 91 nəfər (81 nəfər ağır vəziyyətdə olmaqla) zəhərlənmə səbəbilə qəbul olunub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən bildirilib.

Məumata görə, onlardan 35 nəfəri dərman preparatlarından, 27 nəfəri sirkə turşusundan, 2 nəfəri spirtli içkilərdən, 8 nəfəri ilan sancmasından, 7 nəfəri allergik reaksiyadan, 2 nəfəri yandırıcı məhlullardan, 1 nəfəri həlledici maddədən, 6 nəfəri fosfor üzvi birləşmələrdən, 2 nəfəri anafilaktik şokdan, 1 nəfəri isə inhalyasion zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub. 

Pasiyentlərin hər birinə tibb personalı tərəfindən intensiv müalicə tədbirləri tətbiq edilib. 

Düzgün müalicə taktikaları nəticəsində 88 nəfər sağalaraq, qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə yazılıb. 

Bununla belə, aparılan intensiv tədbirlərə baxmayaraq, təəssüf ki, 3 nəfərin (2 kişi, 1 qadın olmaqla) həyatını xilas etmək mümkün olmayıb. Ölüm hallarının əsas səbəbi sirkə turşusu və dərman preparatları ilə ağır zəhərlənmə olub.

Əhalini məişətdə təhlükəli kimyəvi maddələrdən istifadə zamanı diqqətli olmağa, dərman preparatlarını yalnız həkim göstərişi ilə qəbul etməyə və xüsusən də sirkə turşusundan istifadə edərkən ehtiyatlı davranmağa çağırırıq.

Mina Mikayılova


SON XƏBƏRLƏR

30 Sentyabr 2025