• Bakı 17° C

    9.85 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.0497

Tramp Kim Çen İnla görüşməyə hazırdır

DÜNYA

01 Oktyabr 2025 | 10:44

Tramp Kim Çen İnla görüşməyə hazırdır

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnla danışıqlara hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ağ Ev rəsmisi "Yonhap" xəbər agentliyinə deyib.

Mənbə ilk prezidentlik dövründə Trampın Kimlə üç dəfə görüşdüyünü və bunun Koreya yarımadasında vəziyyətin sabitləşməsinə töhfə verdiyini xatırladıb.

Agentliyin məlumatına görə, Ağ Ev ilk dəfə olaraq bəyan edib ki, Amerika lideri mümkün dialoq üçün heç bir ilkin şərt tələb etmir.

Cənubi Koreya rəsmiləri oktyabrın 31-dən noyabrın 1-dək Cənubi Koreyanın Kyoncu şəhərində keçiriləcək APEC sammiti zamanı Tramp və Kim Çen İnin görüşünün mümkünlüyünü istisna etməyiblər.

Mina Mikayılova


SON XƏBƏRLƏR

30 Sentyabr 2025