• Bakı 18° C

    8.64 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1258

Rusiya Ukraynada xəstəxananı vurdu - Hərbi cinayət

DÜNYA

31 Oktyabr 2025 | 08:30

Rusiya Ukraynada xəstəxananı vurdu - Hərbi cinayət

Ukraynanın cənubundakı  Xerson  şəhərində uşaq xəstəxanasına edilən bombalı hücumda  dördü uşaq olmaqla doqquz nəfər yaralanıb.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, Kiyev rəsmiləri Moskvanı yeni hərbi cinayətdə ittiham edərək bildiriblər:

"Düşmən Xersondakı uşaq xəstəxanasını atəşə tutub. Doqquz nəfər yaralanıb, dördü uşaq, üçü isə Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşıdır”

Məlumata görə xəstəxana binalarına böyük ziyan dəyib:

"Bu, beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki mülkiyyətə qəsdən hücum edən Rusiya Federasiyasının növbəti hərbi cinayətidir".

Aydın Baxış


SON XƏBƏRLƏR

30 Oktyabr 2025