İstanbulda polis tərəfindən keçirilən iki mərhələli “İstanbulda hüzur” əməliyyatı nəticəsində müxtəlif cinayətlərə görə axtarışda olan 457 nəfər də daxil olmaqla ümumilikdə 949 nəfər saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, əməliyyat zamanı 30 ədəd sənədsiz tapança, 3 tüfəng, 1547 qram narkotik vasitə və 34 min.720 lirə ələ keçirilib.
Ümumilikdə 372 mindən çox şəxs və 43 minə yaxın nəqliyyat vasitəsi yoxlanılıb. Qaydaları pozanlara qarşı 1 milyon 130 min 578 lirə məbləğində cərimə tətbiq edilib.
Əli Hüseynov
 Bakı
 Bakı 


