• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Çində 90 minə yaxın BYD avtomobili geri çağırılır

DÜNYA

30 Noyabr 2025 | 09:02 | Müəllif: Zeynəb Rzayeva

Çində 90 minə yaxın BYD avtomobili geri çağırılır

Çinin BYD konserni 2021-ci ilin əvvəlindən 2023-cü ilin payızına qədər istehsal olunmuş 89 min ədəd "Qin Plus DM" hibrid modelini yerli bazardan geri çağırır.

Bakıvaxtı.az bu barədə Carnewschina.com saytına istinadla xəbər verir.

Qeyd olunur ki, avtomobillərin bir hissəsi səhv yığılmış batareya modulları ilə təchiz oluna bilər. Bu, çıxış gücünün məhdudlaşmasına səbəb olur və ekstremal rejimlərdə avtomobil tamamilə təmiz elektrik rejimində hərəkəti dayandıra bilər ki, bu da təhlükəsizlik riskləri yaradır.

Dilerlər geri çağırılan "Qin Plus DM" avtomobillərinin sahiblərini proqram təminatını yeniləmək zəruriliyi barədə məlumatlandıracaq. Bütün işlər pulsuz həyata keçiriləcək.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026