• Bakı 17° C

    10.55 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.0497

KİV: ABŞ Rusiya sərhədinə kəşfiyyat təyyarələrini yerləşdirib

DÜNYA

01 Oktyabr 2025 | 09:22

KİV: ABŞ Rusiya sərhədinə kəşfiyyat təyyarələrini yerləşdirib

ABŞ Norveçə "P-8 Poseidon" sualtı qayıq əleyhinə təyyarələrini yerləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Newsweek" jurnalı məlumat yayıb.

Qeyd olunub ki, Pentaqon Danimarka, Polşa və Norveçdə baş verən dron insidentləri, habelə Rusiyanın NATO ölkələrinin dənizaltı kabelləri və boru kəmərləri üçün yaratdığı ehtimal edilən təhlükə səbəbindən Şimali Avropada patrul təyyarələrinin olmasında maraqlıdır.

Belə ki, "Boeing P-8 Poseidon" sualtı qayıq əleyhinə təyyarədir və patrul missiyalarını da yerinə yetirə bilir. O, ABŞ da daxil olmaqla bir sıra NATO ölkələri ilə xidmətdədir.

Onun məsafəsi 8000 km-dən çoxdur, müxtəlif gəmi və sualtı qayıqlara qarşı silahları daşımağa qadirdir.


SON XƏBƏRLƏR

30 Sentyabr 2025