• Bakı 16° C

    12.61 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.0497

Mbappe Çempionlar Liqasında 58-ci qolunu vurdu

İDMAN

30 Sentyabr 2025 | 22:51

Mbappe Çempionlar Liqasında 58-ci qolunu vurdu

"Real Madrid”in hücumçusu Kilian Mbappe Çempionlar Liqasında növbəti tarixi nailiyyətə imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, fransalı futbolçu turnirin ikinci turunda “Kayrat”a qarşı keçirilən oyunda 58-ci qolunu vuraraq, 57 qolla kifayətlənən “Bavariya”nın sabiq yarımmüdafiəçisi Tomas Mülleri geridə qoyub. Bununla da Mbappe yarışın bütün dövrlər üzrə bombardirlər siyahısında altıncı pilləyə yüksəlib.

Hazırda Mbappe 89 qarşılaşmada 58 qol vurub. O, “Real Madrid”in əfsanəvi hücumçusu Rauldan (142 oyunda 71 qol) bir qədər geri qalır.

Futbolçunun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının hesablamalarına əsasən, Mbappenin bazar dəyəri 180 milyon avro təşkil edir.


SON XƏBƏRLƏR

30 Sentyabr 2025