"Rusiya Avropa ölkələrinə xox gəlməklə, qorxutmaqla onların Ukraynanı silahlandırmaqdan, dəstəkdən yayındırmağa çalışır".
Bu barədə deputat Rasim Musabəyov Bakıvaxtı.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Kreml Ukrayna rəhbərliyinin Rusiyanın istəyinə uyğun təslim olmasını istəyir:
"Ancaq təbii ki, Avropa ölkələri buna getmək fikrində deyillər. Alyaskada Tramp-Putin görüşündə də Kreml rəhbəri demişdi ki, o, yaxın günlərdə qısamüddətli hücumlarla Ukraynanın təslim olmağa məcbur edəcək. Amma Rusiya niyyətinə nail ola bilmədi və xeyli itkilər verdi”.
Rasim Musabəyov: Rusiyanın açıq şəkildə NATO ilə toqquşmaya gedə biləcəyini düşünmürəm
Müsahibimiz qeyd edib ki, bunu görən Trampın da mövqeyi dəyişdi. Ona görə ABŞ prezidenti Ukrayna rəhbəri ilə görüşdə elan etdi ki, Ukraynaya güclü dəstək olsa, Rusiyanı məğlub edə, torpaqlarını geri qaytara bilər. Hətta Rusiyanın o qədər də güclü olmadığını bildirdi.
“Rusiya özünü tələyə salıb və çıxmaq əvəzinə özünü də daha dolaşdırır. Hamını təhdid edir. Lakin düşünmürəm ki, Rusiya açıq şəkildə NATO ilə toqquşmaya gedə bilər. Güc nisbəti NATO-nun xeyrinədir", - deyə Rasim Musbəyov əlavə edib.
Aydn Baxış