Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyun olacaq.
Bakıvaxtı.az xəbər verir ki,"Qarabağ" komandası Danimarkanın "Kopenhagen" klubunu qəbul edəcək.
Matç Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Oyunun niderlandlı hakim Serdar Gözübüyük idarə edəcək.
Qeyd edək ki, "Qarabağ" I turda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə məğlub edib. "Kopenhagen" isə Almaniyanın "Bayer 04" komandası ilə bərabərə qalıb -2:2.
Turnir cədvəlində Azərbaycan təmsilçisi 3 xalla 13-cü, Danimarka klubu 1 xalla 24-cü pillədə qərarlaşıb.