• Bakı 18° C

    13.36 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.0497

Naxçıvanla maneəsiz əlaqə regiona faydalı olacaq - Türkiyə Milli Təhlükəsizlik Şurası

SİYASƏT

30 Sentyabr 2025 | 21:52

Naxçıvanla maneəsiz əlaqə regiona faydalı olacaq - Türkiyə Milli Təhlükəsizlik Şurası

Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz daşımalara imkan yaradacaq nəqliyyat əlaqəsi əhəmiyyət kəsb edir və regionun bütün ölkələri üçün faydalı nəticələr doğuracaq.

Bakıvaxtı.az xəbər verir ki, bu fikir Türkiyə Milli Təhlükəsizlik Şurasının sentyabrın 30-da Ankarada keçirilən iclasının yekunlarına dair bəyanatda öz əksini tapıb.

Təhlükəsizlik Şurasının üzvləri Türkiyənin Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətindəki iradəsini vurğulayıblar.

İclas iştirakçıları Ermənistanla normallaşma prosesi ilə yanaşı, Yaxın Şərqdəki vəziyyəti, Kipr, Suriya, İraq və Ukrayna-Rusiya müharibəsi kimi məsələləri də diqqət mərkəzində saxlayıblar.


SON XƏBƏRLƏR