• Bakı 20° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Türkiyə Qəzza vasitəçilərinin toplantısına qatılacaq

DÜNYA

30 Sentyabr 2025 | 15:19 | Müəllif: Gülşən Şərif

Türkiyə Qəzza vasitəçilərinin toplantısına qatılacaq

Türkiyə sentyabrın 30-da Qəzzada keçiriləcək vasitəçilik toplantısına qatılacaq.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari açıqlama verib.

O, bildirib ki, Türkiyə sentyabrın 30-da Qəzza zolağında münaqişənin həlli üzrə vasitəçilərin görüşünə qatılacaq.

"Misir kəşfiyyatının rəhbəri dünən HƏMAS-ın danışıqlar nümayəndə heyəti ilə görüşdə iştirak edib. Bu gün Türkiyənin də iştirak edəcəyi daha bir görüş keçirəcəyik", - diplomat bildirib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026