• Bakı 23° C

    8.28 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

İlham Əliyev italiyalı həmkarını qarşıladı - YENİLƏNİB + FOTO/VİDEO

SİYASƏT

30 Sentyabr 2025 | 18:28 | Müəllif: Subhan Mahmudov

İlham Əliyev italiyalı həmkarını qarşıladı - YENİLƏNİB + FOTO/VİDEO

Sentyabrın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi olub.

Bakıvaxtı.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İtaliya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi İtaliya Prezidentinə raport verdi.

İtaliya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın qarşısından keçdi.

 

***18:23

Azərbaycan Respublikasına rəsmi səfərə gələn İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

 


İlham Əliyev italiyalı həmkarını qarşıladı - YENİLƏNİB + FOTO/VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026