• Bakı 17° C

    16.51 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.0497

AYNA-ya yeni vəzifə verildi - FƏRMAN

SİYASƏT

30 Sentyabr 2025 | 16:54

AYNA-ya yeni vəzifə verildi - FƏRMAN

Prezident İlham Əliyev 8 sentyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Nizamnaməsində dəyişiklik edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində və Naxçıvan Muxtar Respublikasında nəqliyyat qovşaqlarının (nəqliyyat mübadilə mərkəzlərinin), yeni avtomobil duracaqlarının (qarajlarının), habelə Bakı şəhərinin inzibati ərazisində mühafizə olunan duracaqların yaradılması (layihələndirilməsi, tikilməsi) ilə bağlı tədbirlər görmək və onların cari vəziyyətinə nəzarəti həyata keçirmək, habelə öz balansındakı mühafizə olunan duracaqları və avtomobil duracaqlarını (qarajlarını) idarə etmək Agentliyin vəzifəsi kimi müəyyən edilib.

Nazirlər Kabineti və Nazirlik fərmandan irəli gələn məsələləri həll etməlidir.


SON XƏBƏRLƏR