• Bakı 18° C

    16.26 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.0497

Naxçıvan Ali Məclisinin 2025-ci il payız sessiyası açılıb

CƏMİYYƏT

30 Sentyabr 2025 | 14:40

Naxçıvan Ali Məclisinin 2025-ci il payız sessiyası açılıb

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin 2025-ci il payız sessiyası açılıb.

Bakıvaxtı.az xəbər verir ki, sentyabrın 30-da Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin 2025-ci il payız sessiyasının ilk plenar iclası keçirilib.

İclasın gündəliyinə Ali Məclisinin 2025-ci il payız sessiyasının qanunvericilik işləri planının təsdiqi və cari məsələlər daxil edilib.

Gündəlik təsdiq olunduqdan sonra "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında" qərar layihəsi səsə qoyularaq qəbul edilib.


SON XƏBƏRLƏR