• Bakı 17° C

    16.51 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.0497

Pentaqon: Hərbi potensialımızı təcili möhkəmləndirməliyik

DÜNYA

30 Sentyabr 2025 | 17:42

Pentaqon: Hərbi potensialımızı təcili möhkəmləndirməliyik

ABŞ təcili olaraq öz hərbi potensialını möhkəmləndirməli, qoşunların sayını artırmalı, daha çox dron, sualtı qayıq, hava və kosmos qüvvələri yaratmalıdır.

Bakıvaxtı.az "The Washington Post" nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset Virciniya ştatının Kuantiko dəniz piyada bazasında amerikalı generallar və admirallarla görüşü zamanı bildirib.

"Bu təcili an daha çox qoşun, sursat, pilotsuz uçuş aparatı, "Patriot" HHM, sualtı qayıq, "B-21" bombardmançı təyyarə tələb edir. Daha çox innovasiya, hər şeydə daha çox süni intellekt lazımdır. Biz daha güclü və daha sürətli olmalıyıq", - o qeyd edib.

Heqset əlavə edib ki, ABŞ kiberməkanda, kosmosda, həmçinin pilotsuz uçuş aparatlarına qarşı mübarizə sahəsində qüvvələrini artırmalıdır.


SON XƏBƏRLƏR