• Bakı 25° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Fənərbağça" Tedesko ilə bağlı qərarını verdi

İDMAN

30 Sentyabr 2025 | 19:30 | Müəllif: Subhan Mahmudov

"Fənərbağça" Tedesko ilə bağlı qərarını verdi

"Fənərbağça"da son günlər Domeniko Tedeskonun gələcəyi ilə bağlı ciddi müzakirələr gedirdi.

Bakıvaxtı.az xəbər verir ki, "Antalyaspor" ilə qarşılaşma italiyalı çalışdırıcı üçün “ya qal, ya get” matçı hesab olunurdu.

Oyundan əvvəl “məğlubiyyət və ya xal itkisi olarsa, Tedesco ilə yollar ayrılacaq” xəbərləri gündəmi zəbt etmişdi.

Amma "sarı-lacivərdlilər" bu çətin qarşılaşmadan istədiyini aldı. Ulduz futbolçu Anderson Talişka və Sebastian Şimanskinin vurduğu qollarla "Fənərbağça" "Antalyaspor"u 2:0 hesabı ilə məğlub etdi. Qələbə sonrası klubun Tedesko ilə yola davam etmək qərarı verdiyi bildirildi.

Bu barədə məlumatı Yağız Sabuncuoğlu yayıb.

Artıq rəhbərlik Tedeskonun layihəsinə etimad göstərməyə davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026