Qəzza zolağına ərzaq tədarükü kəskin şəkildə artırılmasa, cəmi bir neçə həftə ərzində Qəzza zolağının bütün əhalisi aclıqla üzləşə bilər.
Bakıvaxtı.az "CBC" telekanalına istinadən xəbər verir ki, bunu BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktorunun müavini Karl Skau deyib.
Onun sözlərinə görə, hazırda Qəzza zolağına gündə təxminən 100 ərzaq daşıyan yük maşını daxil olur:
"Əhalinin 2 milyon 200 min nəfər olduğunu nəzərə alsaq, bu, tamamilə yetərli deyil. Aclığın qarşısını almaq üçün hər gün orta hesabla 600-700 maşın ərzaq çatdırdığımız fevral və mart aylarında atəşkəs dövründə etdiyimiz kimi, çatdırılan yardımın həcmini xeyli artırmaq lazımdır".
Gülşən Şərif