• Bakı 18° C

    13.36 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.0497

Zakir Həsənov Pakistana başsağlığı verdi

SİYASƏT

30 Sentyabr 2025 | 20:49

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzaya başsağlığı ünvanlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, başsağlığında deyilir: "Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində xaincəsinə törədilmiş terror aktı nəticəsində qardaş Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbir diləyirik. Yaralananların tezliklə sağalmalarını arzu edirik.
Allah rəhmət eləsin".


SON XƏBƏRLƏR